Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 62 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 19 nəfər yaralanıb, 3 nəfər intihar edib.
2 nəfər qətldə, 11 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 2 nəfər qarət və soyğunda, 31 nəfər oğurluqda, 9 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 3 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 14 fakt qeydə alınıb.