Milli Depozit Mərkəzi (MDM) 2013-2015-ci illər üçün fəaliyyətinin prioritetlərini müəyyən edib. Bu barədə mərkəzdən məlumat verilib.
MDM-in səhmdarlarının ümumi yığıncağında 2013-2015-ci illəri əhatə edən strateji plan müzakirə edilib, bu dövr üçün MDM-in strateji baxışı və missiyası müəyyənləşdirilib.
Ortamüddətli dövrdə MDM-in əsas istiqaməti mərkəzin respublikada formalaşdırılan ikipilləli post-ticarət sistemə (post-trade system) çevrilməsi olacaq.
Ortamüddətli dövrdə MDM-in məqsədlərinə qiymətli kağızlar bazarı infrastrukturunun inkişafının dəstəklənməsi, depozitar uçotun təkmilləşdirilməsi aiddir. Nəticədə depozitar uçot sisteminin strukturu yenilənəcək, ölkədə emissiya edilən bütün investisiya qiymətli kağızlarının mərkəzi depozitar sistemi yaradılacaq, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı sistemi sadələşdiriləcək.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçirilib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.