Ötən həftə ərzində Azərbaycan ərazisində 42 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 26 nəfər həlak olub, 82 nəfər bədən xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən ağır yol qəzalarından biri Zərdab rayonunda baş verib. Minik avtomobilinin yük maşını ilə toqquşması üç nəfərin ölümünə səbəb olub. Daha 1 nəfər xəstəxanaya yerləşdirilib.
Yevlax rayonunda minik avtomobilinin kanala düşməsi nəticəsində də 3 nəfər həlak olub.
Lənkəran rayonunda “Toyota” markalı avtomobil rayonun üç sakinini vurub. Nəticədə 2 piyada həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.