Rusiyanin sabiq müdafiə naziri Pavel Qraçev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində, eləcə də Xocalı və Qaradağlıda soyqrım aktlarını törətməsində son dərəcə mənfi rol oynayıb. Belə bəyanatla baş nazirin müavini Əli Həsənov çıxış edib.
“Ötən əsrin 80-ci illərində Heydər Əliyev SSRİ rəhbərliyində yüksək postda olarkən, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Respublikasında separatçı əhval-ruhiyyə gücləndi”, - deyə Ə.Həsənov bazar ertəsi Azərbaycanın eks-prezidentinin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev - böyük azərbaycanlı” adlı konfransda çıxış edərkən bildirib.
Ə.Həsənovun sözlərinə görə, SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçov “bir çox keyfiyyətlərinə görə ondan qat-qat üstün olan Heydər Əliyevə böyük həsəd aparırdı.
O deyib ki, bir azərbaycanlının SSRİ rəhbərliyində yüksək vəzifədə olması erməni diasporunu da çox narahat edirdi.
“Qeyd etmək lazımdır ki, Pavel Qraçev RF Müdafiə Məsələləri üzrə Dövlət Komitəsinin sədri olaraq 366-cı motoatıcı alayın şəxsi heyətinin erməniləşdirilməsi təklifini irəli sürmüşdü. Bu, təsadüfü deyildi, çünki Qraçevin anası milliyyətcə erməni idi”, - deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, bununla da P.Qraçev Azərbaycan ərazilərinin işğalı, eləcə də Azərbaycanın Xocalı və Qaradağlı yaşayış məntəqələrində əhalinin soyqrımına öz “töhfəsini” vermiş oldu.
“1992-ci ilin may ayında Boris Yeltsin Qraçevin Azərbaycana münasibətini görərək onu Rusiya müdafiə nazirinin vəzifəsinin icraçısı təyin etdi. Mayın 7-də Qraçev Şuşa şəhərini işğal etməklə Yeltsinə hədiyyə vermiş oldu. Mayın 18-də Yeltsinin əmri ilə Qraçev Rusiyanın müdafiə naziri təyin edildi. Bu tarix Laçın rayonunun işğal tarixi ilə üst-üstə düşdü”, - deyə Ə.Həsənov bəyan edib.