Qəbələdə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Portretlərin melodiyası” adlı III Beynəlxalq incəsənət sərgisi start götürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Sərgidə 23 ölkəni - Azərbaycan, Əlcəzair, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Almaniya, Gürcüstan, Yunanıstan, İran, İraq, İsrail, İtaliya, Koreya, Latviya, Niderland, Rusiya, Sinqapur, Türkiyə, Ukrayna, Finlandiya və Yaponiyanı təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir.
Sərgi Azərbaycan Mədəniyyət Fondu və SEBA (Seul-Bakı – İF-Az) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.