2013-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri mart ayı ilə müqayisədə 1,2% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1%, tranzit üzrə 9,4%, idxal üzrə 7,1%, ixrac üzrə 4,3% bahalaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri 1,5% bahalaşıb.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,2% bahalaşıb.
Ay ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 0,4%, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6% bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5% ucuzlaşıb.
Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 6,2% ucuzlaşıb.