2013-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 6%-i ötəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
“2012-ci ildə kənd təsərrüfatı sahəsində artım dinamikası 6,2% təşkil edib. Cari ilin yekunları üzrə bu göstərici 6%-lik həddi də ötəcək”, - deyə İ.Abasov qeyd edib.
Onun sözlərinə görə, yağıntıların çoxluğu (2013-cü ilin aprel ayında – İF-Az) məhsuldarlığa müsbət təsir göstərəcək.
“Yağıntıların çoxluğu meyvələrin məhsuldarlığına bir az mənfi təsir göstərəcək, qalan sahələrə isə əksinə, müsbət təsir edəcək. Yüksək məhsuldarlıq qiymətlərin azalmasına da səbəb ola bilər”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, ölkədə iri taxıl təsərrüfatlarının yaradılması idxaldan asılılığı azaldacaq. “2013-cü ildə biz ən azı 2,8 mln. ton yığım proqnozlaşdıra bilərik. Bütün bunlara baxmayaraq, taxıl idxalından asılılıq hələ də qalacaq”, - deyə İ.Abasov izah edib.
O əlavə edib ki, cari ildə Azərbayana 4 min baş iribuynuzlu cins mal-qaranın gətirilməsi planlaşdırılır.
İ.Abasovun sözlərinə görə, hazırda ölkədə iribuynuzlu mal-qaranın sayı 2,7 mln. başı ötür.