Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İordaniya Kraliçası Ülyahəzrət Nuru qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti qeyd edilib.
Tərəflər Azərbaycan və İordaniya xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıblar.
Həmin gün İ.Əliyev Rumıniyanın keçmiş prezidenti Emil Konstantineskunu da qəbul edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.