Kommersiya təşkilatları 2012-ci il üzrə birləşdirilmiş illik maliyyə hesabatlarını iyunun 30-na qədər Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilir.
Bununla yanaşı, birləşdirilmiş illik maliyyə hesabatı auditor rəyi ilə təsdiq olunmalı və kommersiya təşkilatının saytında dərc edilməlidir.
Qanunvericiliyin bu normalarını pozmuş təşkilatlar İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb ediləcək.