“PAŞA Sığorta” aparıcı A reytinqli təkrarsığortaçılarla obliqator müqaviləsi imzalayıb. Bu barədə şirkətdən məlumat verilib.
Balanslaşdırılmış sığorta portfelinin yaradılması, sığorta əməliyyatlarının səmərəliliyi və maliyyə sabitliyinin, eləcə də müştəri müraciətlərin çevikliyinin təmin edilməsi məqsədi ilə “PAŞA Sığorta” A-reytinqli Munich RE, SCOR, Polish RE və yerli AzRe kimi təkrarsığorta şirkətləri ilə Əmlak/İnşaat-Montaj təkrarsığotrası və onu müşahidə edən risklər üzrə öz birinci obliqator müqaviləsini imzalayıb. Həmin müqavilə üzrə lider anderrayter rolunda Munich Re çıxış edir.
Munich Re Azərbaycan bazarında ilk dəfə olaraq ümumi sığorta (non-life insurance) üzrə öz obliqator müqaviləsini imzalayıb.
"Bu müqavilə daha etibarlı təkrarsığorta müdafiəsini, eləcə də “PAŞA Sığorta”nın müştəri müraciətlərinə operativ qaydada cavab vermək imkanı yaradır", - deyə “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və baş texniki direktoru Tural Əliyev qeyd edib.
“Paşa Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında fəaliyyət üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 35,5 mln. manata, aktivləri 76 mln. manata bərabərdir. ASC 30 sığorta növü üzrə xidmət göstərir. Şirkət 2012-ci ilin yekunları üzrə yığılmış sığorta haqları və həyata keçirilmiş ödənişlərə görə Azərbaycanda lider olub.
2013-cü ilin I rübündə “PAŞA Sığorta”nın sığorta haqları 24 mln. 455,663 min manat, ödənişləri 5 mln. 804,635 min manat təşkil edib.