Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan şairi Nizami Gəncəvinin sufiliyə münasibətindən bəhs edən “Nizami və zərdüştilik” adlı kitab nəşr edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə institutdan məlumat verilib.
Kitabın müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı İbrahim Quliyevdir. Kitabda Nizaminin təsəvvüfə münasibəti, şairin yaradıcılığında zərdüştilik izləri yeni qaynaqlar əsasında tədqiq edilib.
Nizami zərdüştilik ideyalarına rəğbət bəsləyir. Bu ideyalara əsasən, insan həyatı xeyir və şər arasında seçim etdiyi işdən ibarətdir.
Nəşrin elmi redaktoru AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır.