2013-cü ilin mart-aprel aylarında Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 845 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş müraciətlərin 601-i şikayət, 218-i sorğu xarakterlidir, 26-sı isə aidiyyəti üzrə deyil.
Bütün müraciətlər mütəxəssislər tərəfindən qeydə alınıb. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.