Rusiyanın xalq artistləri İrina Muravyova və Boris Klyuyev Malıy Teatrının Bakıda keçirilən qastrollarından razı qalıblar.
“Bakıda hər yerdə özümüzə qarşı mehriban münasibət gördük. Burada həm teatrda xeyirxah və gülərüzlü tamaşaçı var, həm də küçədə bizi çox hərarətlə qarşıladılar”, - deyə İ.Muravyova cümə günü “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin ofisində keçirilən mətbuat konfransında bildirib.
Rusiyanın xalq artisti Boris Klyuyev isə Bakı tamaşaçılarının nümayiş etdirilən A.Ostrovskinin “Müdrik olan hər kəsə kifayətdir sadəlik” tamaşasına qeyri-adi baxışı olduğunu qeyd edib. O vurğulayıb ki, Bakı tamaşaçısı Moskva tamaşaçısından fərqli olaraq “fərqli yerlərdə gülüb və reaksiya verib”.
“Tamaşaçılarla görüş yüksək səviyyədə keçib. Şəhəriniz daha da gözəlləşib”, - deyə B.Klyuyev qeyd edib.
Aktyor həmçinin vurğulayıb ki, artistlər çox həyəcan keçiriblər, lakin hər şey çox yaxşı keçib.