2013-cü ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 5,9 mlrd. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 3,2 mlrd. manatlıq ərzaq və 2,7 mln. manatlıq qeyri-ərzaq malları alıb.
Cari ilin yanvar-aprel aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 700,8 min manat təşkil edib. Əhalinin onlayn rejimi vasitəsi ilə istehlak mallarının alınmasına ödədikləri vəsaitin 93,9%-i qeyri-ərzaq mallarının alınmasına sərf edilib.