SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Zaqatala və Biləsuvar rayonlarının bir sıra kəndinə təbii qaz verib. Bu barədə İB-in məlumatında deyilir.
546 abonentli olan Bağbanlar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1100 metr uzunluğunda polietilen və 66038 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 540 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
400 abonenti olan Danaçı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 104300 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.