Prezident İlham Əliyev Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan itkisi əlaqədar Türkiyə prezidenti Abdulla Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bu barədə rəsmi mətbuat xəbər verir.
“Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş amansız terror aktları nəticəsində insanların həlak olması və yaralanması xəbərindən son dərəcə sarsıldıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik”, - deyə dövlət başçısının məktubunda bildirilir.
“Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə məktubda qeyd edilir.