2013-cü il arpelin 1-nə Azərbaycan iqtisadiyyatına banklar və bank olmayan kredit təşkilatları tərəfindən kredit qoyuluşları 12 mlrd. 953,8 mln. manat təşkil edib, bu isə cari ilin əvvəlinə olan göstəricidən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2013-cü il aprelin əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 760,8 mln. manat (artım 1,6%) və ya bütün kreditlərin 5,9%-ni təşkil edir.
2013-ci il aprelin 1-nə dövlət payına malik olan bank tərəfindən 4 mlrd. 302,2 mln. manat (artım 4%) və ya bütün kreditlərin 33,2%-i, özəl banklar tərəfindən 8 mlrd. 304 mln. manat (artım 0,5%) və ya bütün kreditlərin 64,1%-i səviyyəsində, o cümlədən, 100% xarici kapitala malik banklar tərəfindən 808,4 mln. manat (artım 6,4%) kredit verilib. Bank olmayan kredit təşkilatları tərəfindən 347,7 mln. manat (artım 8,3%) və ya bütün kreditlərin 2,7%-i səviyyəsində kredit verilib.
2013-cü il aprelin əvvəlinə kreditlərin ümumi həcmindən 8 mlrd. 692,9 mln. manat (artım 2%) milli valyuta, 4 mlrd. 260,9 mln. manat (artım 1,5%) xarici valyuta ilə verilmiş kreditlərin payına düşüb.
2013-ci il aprelin 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 92,5 mln. manat (bütün kreditlərin 16,2%-i) ticarət və xidmət sahələrinin, 395,2 mln. manat (3,1%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 606,1 mln. manat (4,7%) kənd təsərrüfatı və emal sənayesinin, 1 mlrd. 760,5 mln. manat (13,6%) tikinti və daşınmaz əmlak sahəsinin, 1 mlrd. 139,6 mln. manat (8,8%) sənaye və istehsal sektorunun, 817,2 mln. manat (6,3%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 720,9 mln. manat (36,4%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.