“Azərsu” SC bazar ertəsi Bakının iki rayonunda su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə SC-nin məlumatında deyilir.
“Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar bazar ertəsi gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək”, - deyə məlumatda qeyd olunur.