“PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası çərçivəsində sığorta hadisəsi üzrə 25 min manat ödəniş həyata keçirib. Bu barədə şirkətdən məlumat verilib.
“İri həcmli ödəniş həyatın müddətli sığortası növü üzrə sığortalanmış şəxsin vəfatı ilə əlaqədar həyata keçirilib. 25 min manat məbləğində vəsait sığortalanmış şəxsin ailəsinə ödənilib”, - deyə məlumatda qeyd olunur.
“PAŞA Həyat Sığorta” şirkəti 2010-cu ildə yaradılıb, 2011-ci il fevralın 14-də fəaliyyət üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “Paşa Holdinq”dir. “PAŞA Həyat Sığorta” sığorta haqlarının yığım həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir.