Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə yeni abidə kompleksi yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Kompleks hazır olduqdan sonra abidənin ziyarəti rəsmi protokola salınacaq”, - deyə O.Əsədov Milli Məclisin iclasında qeyd edib.
Onun sözlərinə görə kompleksdə muzey yaradılması və abidə qoyulması planlaşdırılır.