Mayın 16-da Qafqaz Universitetində “Türk dünyasını işıqlandıranlar: Mehmet Akif Ersoy, Hüseyn Cavid” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Konfrans Qafqaz Universiteti, AMEA Şərqşünaslıq İnstitutu və Türkiyənin Mehmet Akif Ersoy Fikir və Sənət Vəqfinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Mehmet Akif Ersoy osmanlı şairidir və Türkiyənin dövlət himninin mətninin müəllifidir. Bu il Türkiyədə şairin 140 illiyi qeyd edilir.
Ötən ilin sonunda türk dünyasının digər görkəmli xadimi, Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 130 illiyi tamam olub.