Vergilər Nazirliyi 2013-cü ilin yanvar-aprel aylarında 28,057 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2012-ci ilin yanvar-aprel aylarında 26,597 min hüquqi və fiziki şəxsi qeydiyyata alıb. Beləliklə, 2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% azalıb.
Məlumatda qeyd edilir ki, 2011-ci il iyulun 1-dən 2013-cü il mayın 1-dək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 73,728 min fiziki şəxs elektron formada qeydiyyatdan keçib.
2013-cü il mayın 1-nə olan vəziyyətə görə, respublikada vergi ödəyicilərinin ümumi sayı 506,715 min təşkil edir.
2013-cü ilin yanvar-aprel aylarında vergi ödəyicilərinin Vergilər Nazirliyinə elektron formatda göndərdikləri vergi bəyannamələrinin xüsusi çəkisi 91,1% təşkil edib.
Xəbər veridliyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi ilə qeydiyyat sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sistem üzrə qeydiyyat prosesi Vergilər Nazirliyi vasitəsilə üç gün ərzində həyata keçirilir.
2012-ci ildə Vergilər Nazirliyi 72,263 min vergi ödəyicisini qeydiyyata alıb.