2013-cü ilin yanvar-aprel aylarında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 518 mln. 871 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
2012-ci ilin aprel ayında SOCAR tərəfindən dövlət büdcəsinə 132 mln. 879 min manat vergi ödənilib (2012-ci ilin aprel ayı ilə müqayisədə artım 9,8%).
Cari ilin yanvar-aprel aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 50 mln. 64 min manat, o cümlədən aprel ayında 13 mln. 75 min manat ödəyib.
2013-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd. 490,4 mln. manat həcmində planlaşdırılıb.
2012-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 335 mln. 235 min manat təşkil edib.