SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın 3 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq, saat 10:00-dan saat 20:00-dək “Azadkənd-İmişli” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.