“Azərsu” SC çərşənbə günü Bakının Səbail rayonunun su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə SC-dən məlumat verilib.
Səbail rayonu ərazisində 500 mm diametrli magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar çərşənbə günü ərzində 20-ci sahə yaşayış massivinə və Salyan şosesinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd edilir.