Azərbaycanın Xaçmaz rayonunda çoxlu sayda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Mayın 16-da gecə “VAZ” markalı minik avtomobili ilə “QAZel” markalı yük maşınının toqquşması nəticəsində dörd nəfər həlak olub.
Qəzada “Jiquli” markalı minik avtomobilinin sürücüsü və üç sərnişini həlak olub. “QAZel”in sürücüsü və sərnişini isə yaralanıb.