Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov mayın 17-də Qırğızıstana səfər çərçivəsində ölkə parlamentinin sədri Asilbek Jeenbekovla görüşəcək. Bu barədə TürkPA-nın mətbuat xidməti məlumat verir.
Görüşdə Assambleyanın dördüncü plenar sessiyasına hazırlıq, TürkPA-nın fəaliyyəti, beynəlxalq katiblik tərəfindən il ərzində görülmüş işlər, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr və gələcək planların müzakirə edilməsi planlaşdırılır.
TürkPA-nın dördüncü plenar sessiyası iyunun 10-12-də Ankarada keçiriləcək.