ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara 17-20 iyun tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində Azərbaycana gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik dairələrdəki mənbə məlumat verib.
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaza səfərinin Azərbaycandan başlanacağı gözlənilir. L.Kojara Bakıda ATƏT-in Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərini, regional məsələləri, o cümlədən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqları müzakirə edəcək.