Azərbaycanda mövcud olan tolerantlıq mühiti Avropa Parlamenti deputatlarınn müzakirə mövzusu olub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) mətbuat xidməti məlumat verir.
“Azərbaycanın tolerantlıq modeli” mövzusunda keçirilən tədbirdə DQİDK-nın xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirakçılara Azərbaycanda dini tolerantlığın tarixi kökləri, dövlət-din münasibətləri barədə məlumat verib. Azərbaycanda bu istiqamətdə görülən işlər avropalı deputatların marağına səbəb olub.
Avropa Parlamentinin Bolqarıstan və Estoniyadan olan deputatları Azərbaycanın tolerantlıq modelinin nümunə kimi geniş təbliğ edilməsinin zəruriliyini qeyd ediblər.
Tədbir DQİDK-nın dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.