2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 762,6 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 4,8% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsal həcmi 4,6% artıb. Yanvar-aprel aylarında 141,1 min ton ət, 557,9 min ton süd, 442,3 mln. ədəd yumurta istehsal edilib.
Yanvar-aprel aylarında bitkiçilik məhsullarının istehsalı 9,8% artıb.