Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov etimadnaməsini ölkə prezidenti Vyetnam prezidenti Truong Tan Sanga təqdim edib. Bu barədə səfirliyin məlumatında deyilir.
Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər. Bu əlqələrin dərin tarixi olduğunu bildirən Vyetnam prezidenti neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını vurğulayıb.
Vyetnamın dövlət başçısı azərbaycanlı həmkarını ölkəsinə səfərə dəvət edib.