2013-cü ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 4 mlrd. 252,7 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 28,4% çoxdur. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında kapital qoyuluşlarının ümumi həcmindən 289,1 mln. manat (bütün investisiyaların 53,8%-i) istehsal təyinatlı obyektlərə, 1 mlrd. 963,6 mln. manat (bütün investisiyaların 46,2%-i) xidmət sahəsinə aid obyektlərin tikintisinə yönəldilib.
Hesabat dövründə xarici investisiyaların payına 1 mlrd. 180,2 mln. manat (bütün investisiyaların 27,7%-i) daxili investisiyaların payına 3 mlrd. 72,5 mln. manat (bütün investisiyaların 72,3%-i) düşüb.
Yanvar-aprel aylarında neft sektoruna 1 mlrd. 414,6 mln. manat (bütün kapital qoyuluşlarının 33,3%-i), qeyri-neft sektoruna 2 mlrd. 838,1 mln. manat (bütün kapital qoyuluşlarının 66,7%-i) investisiya qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə qoyulan investisiyalar 2 mlrd. 683,4 mln. manat və ya bütün kapital qoyuluşlarının 63,1%-ni təşkil edib (artım 40,9%).
Yanvar-aprel aylarında dövlət müəssisələri tərəfindən 3 mlrd. 342,6 mln. manat (bütün investisiyaların 78,6%-i), özəl müəssisələr tərəfindən 910,1 mln. manat (bütün investisiyaların 21,4%-i) məbləğində kapital qoyuluşları həyata keçirilib.
Hesabat dövründə müəssisə və təşkilatların vəsaitləri hesabına 1 mlrd. 911,8 mln. manat (artım 19,5%), bank kreditləri hesabına 228,3 mln. manat (artım 21,3%), büdcə vəsaitləri hesabına 1 mlrd. manat 883,4 mln. manat (artım 40,6%) büdcədənkənar fondların vəsaitləri hesabına 120,9 mln. manat (artım 30,2%) əhalinin vəsaitləri hesabına 94,7 mln. manat (artım 17,8%), digər mənbələrin hesabına 13,6 mln. manat (artım 25%) məbləğində kapital qoyuluşları həyata keçirilib.