2013-cü ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 405 mln. 663,94 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
“Yanvar-aprel aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 316 mln. 133,34 min manat, aksizlər üzrə 13 mln. 3,88 min manat, yol vergisi üzrə 5 mln. 133,31 min manat təşkil edib”, - deyə komitənin nümayəndəsi qeyd edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 71 mln. 393,41 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,38 mlrd. manat həcmində proqnozlaşdırılır.