Lerik rayonunda iki körpü təmirdən sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Lerik rayon İcra Hakimiyyətinin büdcəsi hesabına Livədirgə və Alaşar çayları üzərində tikilmiş körpülərdən 8 kəndin 5 minə yaxın sakini yararlanacaq.
Körpülərin yük götürmə qabiliyyəti 30 ton, eni 4 m, uzunluğu 8 m, hündürlüyü isə 3 metrdir.