2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini 2012-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,4% artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında avtomobil benzini istehsalı 20,5% - 454,9 min tona qədər, kerosin istehsalı 17,6% - 232,9 min tona qədər, dizel yanacağı istehsalı 15% - 842,3 min tona qədər, neft bitumu istehsalı 21,1% - 101 min tona qədər artıb.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalında 22% - 51,7 min tona qədər, sürtkü yağları istehsalında 48,8% - 11,1 min tona qədər azalma qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.