Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 57 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 17 nəfər yaralanıb, 3 nəfər intihar edib.
4 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 6 nəfər qarət və soyğunda, 21 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 9 fakt qeydə alınıb.