Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfərə yola düşüb. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
“Səfər zamanı E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Bir sıra sənədlərin imzalanması planlaşdırılır”, - deyə E.Abdullayev bazar ertəsi keçirilən brifinqdə bildirib.
O əlavə edib ki, səfər proqramına həmçinin naməlum əsgərin məzarı önünə əklil qoyulması da daxildir.