ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü, konqresmen Ruben Hinojosa Azərbaycan Demokratik Respublikanın 95 illiyi ilə əlaqədar bəyanatla çıxış edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Amerikalı konqresmen bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə Sovet qoşunları tərəfindən son qoyulduğunu qeyd edib.
R.Hinojosa Azərbaycan və ABŞ-ın güclü münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi dəstək verdiyini bildirib.
Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb.