Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti cihaz və avadanlıqların alınması üçün tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Xidmətindən məlumat verilib.
Elana əsasən, tenderdə iştirak haqqı 300 manatdır.
Qalibin seçimində aşağıdakı meyarlar nəzərə alınacaq: daha sərfəli təklif, yüksək keyfiyyət, analoji işlərin görülməsi sahəsində təcrübə, kadr potensialı, maliyyə və texniki imkanlar.
Təkliflər iyulun 3-nə qədər qəbul olunacaq. Tender proseduru iyulun 4-də keçiriləcək.