Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistana “Madrid prinsipləri”nin 6 bəndi əsasında hərtərəfli sülh sazişi üzərində işə başlamağı təklif edir.
“Əgər biz bu prinsipləri, konkret olaraq 6 bəndi əsas olaraq götürürüksə, bu, çox yaxşıdır, yeri gəlmişkən, mən şadam ki, ermənistanlı həmkarım ölkəsinin bütün altı bəndi tamamilə qəbul etdiyini bəyan edib”, - deyə nazir RF XİN başçısı Sergey Lavrovla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
E.Məmmədyarovun sözlərinə görə, bu saziş Bakı və İrəvanın atmalı olduğu addımlar da daxil olmaqla bir çox parametrlərdən ibarət olmalıdır.