Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “İnvest-AZ” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Bu barədə QKDK-nın məlumatında deyilir.
"Qanunvericiliyə uyğun olaraq şirkət mayın 20-də broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar alıb.
Lisenziyalar 5 il müddətinə verilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.