SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Sabunçu rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 19:00-dək “Zabrat-2” Qazpaylayıcı Stansiyasında “Zabrat-ümumi” olçü qovşağından qidalanan “İstilik” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.