Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mayın 23-24-də Estoniyada səfərdə olacaq. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Tallin şəhərində keçiriləcək dinləmələr dondurulmuş münaqişələrə həsr olunub. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnesrtyanı ərazilərdə baş verən münaqişələrdə mövcud durum, problemin həlli yolları müzakirə ediləcək.
Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Mədəniyyət, elm və təhsil komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda iştirak etmək üçün Londonda səfərdədir.
Deputat qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin işində iştirak etmək üçün Londondan Parisə yola düşəcək.
S.Qafarovanın Fransaya səfəri mayın 23-dən 26-dək davam edəcək.