Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso ilə görüşündə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu qeyd olunub.
Dövlət başçısının saytında dərc edilmiş məlumata görə, tərəflər bu istiqamətdə müvafiq addımların atılmasının önəmini qeyd ediblər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün İ.Əliyev Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu da qəbul edib. Görüşdə dövlət başçısı iki ölkənin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini vurğulayıb.