Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ATƏT-in Minsk Qrupunun bu həftə Bakı və İrəvanda aparacağı danışıqların uğurlu olacağına ümid edir.
“Vasitəçilər gəliblər. Sabah baş tutacaq görüşlərə böyük ümid və gözləntilərlə baxırıq”, - deyə V.Doroxin çərşənbə günü ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun Bakıya gəlişi zamanı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini şərh edən səfir qeyd edib ki, “danışıqlar mürəkkəbdir”.