Akademik A.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri Pərvin Məmmədova beynəlxalq mükafata layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Mükafat İslam İnkişaf Bankı İdarə Heyətinin Düşənbədə keçirilən 38-ci illik sessiyasında təqdim edilib. Alim dünyanın 57 ölkəsindən alimlərin qatıldığı müsabiqədə “Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji yolla təmizlənməsi” adlı elmi işinə görə birinci yeri tutub.
Azərbaycan Dövlət Neft Akademiyasının “Üzvi kimya” kafedrasının professoru P.Məmmədova10 ildən çoxdur Elmlər Akademiyası sistemində işləyir.