Azərbaycanlı alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məhəmməd Mehdiyev Avropa Birliyinin ən nüfuzlu mükafatı olan Keyfiyyət diplomu və qızıl medalı ilə təltif edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Mükafat Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən təqdim olunub.
Məhəmməd Mehdiyev fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimidir.
Alim peşəkar elmi fəaliyyətinə, riyaziyyat və mexanika sahəsində fundamental töhfələrinə görə beynəlxalq mükafata layiq görülüb.