Şəmkirdə ikinci qadın liderliyi konfransı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sahibkarlar Konfederasiyası ilə birgə təşkil edilib.
Konfransda dövlət qadın siyasətindən, dövlət qulluğunda, idarə, təşkilat və müəssisələrdə qadınların fəaliyyətindən bəhs olunub.
Eləcə də qızların təhsildən yayınması və erkən nikahlarla başlı faktlar təəssüf hissi ilə qeyd olunub.
“Çox təəssüf ki, bölgələrdə, ucqar kəndlərdə yetərincə istədiyimiz nailiyyətləri əldə edə bilmirik. Bu problem tək Azərbaycanda deyil, Avropanın bir çox ölkələrində də belə problemlər var. Hesab edirəm ki, bizim belə konfransları ucqar kəndlərdə keçirməyimiz daha səmərəli olar”, - deyə millət vəkili Məlahət İbrahimqızı bildirib.
Qeyd edək ki, birinci qadın liderliyi konfransı ötən il paytaxt Bakıda keçirilib.