Sizin pensiya və ya əmək haqqı kartınız var? Bəs bu kartla kredit götürmək istəyirsiniz? Onda Kapital Bankın yeni təklifi elə Sizin üçündür.
Bank pensiya, əmək haqqı sahiblərinə gündəlik tələbat kreditini təqdim edir. Bu kartlardan istənilən birinə malik olan şəxs Bankın yaxınlıqdakı filialına gedib cəmi bir gün ərzində 5000 manatadək kredit götürə bilər. Məbləğ 2000 manata qədər olduqda kredit maksimum 18 ay, 2001 manatdan 5000 manata qədər olduqda 24 ay müddətində illik 24 faizlə verilir. Kreditin məbləği müştərinin aylıq gəlirindən asılıdır. Aylıq ödənişin məbləği əmək haqqı və pensiya kartı üzrə aylıq gəlirin 50 faizindən çox olmamalıdır. Girova və arayışa ehtiyac yoxdur. Kredit nağd pulla verilir.
Kapital Bankın 196 nömrəli müştəri xidmətinə zəng etməklə əlavə məlumat almaq olar.