Meksikanın İdalqo ştatında baş vermiş yol qəzasında 16 nəfər ölüb, 19 nəfər yaralanıb. Bu barədə EFE agentliyi bazar ertəsi məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Həlak olanlardan ikisi uşaqdır.